Çantasını Dayanacaqda Unutdu, Qızılları Oğurlandı » DaylyAz
Kriminal

Çantasını dayanacaqda unutdu, qızılları oğurlandı

Bakişəhərin Nəsimi rayonunda yerləşən avtobus dayanacağında naməlum şəxs sərnişinlərdən birinin 1200 manat dəyərində qızıl-zinət əşyasını oğurlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN məlumat paylaşıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə 22 yaşlı H.Məmmədov əməli törətməkdə şübhəli bilinərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, zərərçəkən avtobusa minən zaman çantasını dayanacaqda unudub. Saxlanılan şəxs isə orda qalan çantanı talayaraq hadisə yerindən uzaqlaşıb.

Yeni Ramana qəsəbəsində isə evlərin birindən 2 ədəd televizor, samovar və qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən 24 yaşlı X.Hüseynov və həmyaşıdı İ.Cənnətov da müəyyən olunaraq saxlanılıblar.

Hər iki fakt üzrə araşdırmalar aparılır.

Mənbə: https://qafqazinfo.az/news/detail/cantasini-dayanacaqda-unutdu-qizillari-ogurlandi-499217

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button