“Çelsi” Yeni Baş Məşqçisini Açıqladı » DaylyAz
Idman Xəbərləri 206

“Çelsi” yeni baş məşqçisini açıqladı

“Çelsi” klubu yeni baş məşqçisini açıqlayıb.

“Qafqazinfo” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə Liam Rozenyor təyin edilib.

41 yaşlı mütəxəssislə 2032-ci ilin yayına qədər müqavilə imzalanıb.

Rozenyorun məşqçilik karyerası əsasən İngiltərənin aşağı liqaları ilə bağlı olub. O, daha əvvəl “Derbi Kaunti” (1-ci liqa) və “Hall Siti” (Çempionşip) klublarında çalışıb. 2024-cü ildən isə Fransanın “Strasburq” klubuna rəhbərlik edib.

Xatırladaq ki, “Çelsi” əvvəlki məşqçi Enzo Mareskanı istefaya göndərdikdən sonra bu vəzifə boş idi.

Mənbə: https://qafqazinfo.az/news/detail/celsi-yeni-bas-mesqcisini-aciqladi-494497

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button