Dəstə başçısı azadlığa qovuşdu – Seymur Məhərrəmov

Quvat Beybutovun 4 milyon manatdan artıq məbləği qanunsuz yolla ələ keçirməkdə ittiham olunan dəstə üzvlərindən biri daha həbsdən azad edildi.
Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində bu qərar qəbul edildi.
Bu cinayət işi üzrə 5 nəfər – Seymur Məhərrəmov, Cavid Hüseynli, Rüstəm Qafarov, Zaur Qurbanov və Ceyhun Əşrəfov ittiham olunur. Onlardan Ceyhun və Cavid azadlıqda idilər.
Bu dəfə Seymur Məhərrəmovun evdustaqlığına buraxılması ilə bağlı qərar verildi.
Prokuror qərara etiraz etdi, lakin zərərçəkmiş Quvat Beybutov Seymur Məhərrəmovun dəymiş ziyanı ödədiyini bildirərək qərara etiraz etmədi. Hakim Zaur Hacıyev qərarı müdafiə edib.
Hazırda yalnız Rüstəm Qafarov və Zaur Qurbanov həbsdə qalırlar. Digərlərindən fərqli olaraq onlar özünü təqsirli bilmirlər.
Proses artıq təqsirləndirilən şəxslərin ifadələri ilə davam edir.
Diqqət! Seymur Məhərrəmov Prezidentin Təhlükəsizlik Xidmətinin avtomobil parkında sürücü olub. O, digər təqsirləndirilən şəxslərlə birgə müəmmalı dələduzluq planını hazırlayıb. İttihama görə, qrup üzvləri Quvat Beybutova çoxmərtəbəli yaşayış binası tikdirmək üçün icazə alıb. Planın həyata keçməsi üçün Seymur Məhərrəmovun tanışı vasitəsilə həll oluna biləcəyi düşünülüb. Bunun qarşılığında zərərçəkmiş Quvat Beybutovdan 4 milyon 19 min manat qəbul olunub.
Məhkəmə prosesi davam edir, hal-hazırda 4 nəfərdən 2-si azad olunub.







