Şou Biznes Xəbərləri
Edis barəsində həbs qərarı çıxarıldı

Müğənni Edis Görgülü barəsində həbs qərarı çıxarıldı.
İstanbul Polis İdarəsinin Narkotiklə Mübarizə Şöbəsi tərəfindən keçirilən əməliyyat zamanı 25 şübhəliyə qarşı tədbir görülüb, onlardan 19-u saxlanılıb. Saxlanılanlar arasında müğənnilər Murat Dalkılıç və Kaan Tangöze, aktyor İsmayıl Hacıoğlu, modelyer Kemal Doğulu və digər tanınmış şəxslər yer alır.
İstintaq çərçivəsində Edis Görgülü haqqında ayrıca həbs qərarı verildiyi, onun hazırda xaricdə olduğu bildirilib.
Mənbə: https://news.milli.az/showbiz/1316791.html







