"Əgər Həmin Vaxt Bu Baş Versəydi, özümə Qəsd Edərdim" » DaylyAz
Şou Biznes Xəbərləri

“Əgər həmin vaxt bu baş versəydi, özümə qəsd edərdim”

"Motivasiyam yoxdur. Bir qəşəng iş çıxardırsan, görürsən nə dinləyicisi, nə baxışı var. Kimsə durub mənşəyi bilinməyən mahnı oxuyur və milyon baxış yığır. Eyni problem hamıda yaşanır. O qədər işlərim var. Amma qalıb".

Uzun müddət Amerikada yaşayan İlhamə Bakıya qayıtmasından söz açıb. O, bildirib ki, atasının vəfatından sonra depressiyaya düşüb:

"Depressiyada idim, yavaş-yavaş özümü düzəldirəm. Atamın vəfatından sonra səhnə, heç nə mənə maraqlı deyildi. Nə yaxşı Amerikadan qayıtdım. Kaş tez qayıdardım. Amerikadan qayıtdım və atamla 2 il vaxt keçirtdim. Əgər mən burada olmadan bu baş versəydi, özümə qəsd edərdim. Mən valideynimə qarşı həssasam. Atam mənim dostum olub. İndi yeri çox görünür.

Orada yaşaya bilməzdim. Bir şeydən tez bezirəm. Orada artıq hər gün eyni yerləri görməkdən bezmişdim. Eyni küçələrə nifrət edirdim".

Mənbə: https://news.milli.az/showbiz/1314557.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button