Əməkdar Artist: "Qardaşımın Meyiti 8 Gün Sonra Tapılıb" » DaylyAz
Şou Biznes Xəbərləri

Əməkdar artist: “Qardaşımın meyiti 8 gün sonra tapılıb”

Əməkdar artist Almaz Ələsgərova ailə faciəsi ilə bağlı ilk dəfə danışıb.

"Qardaşım 47 yaşında dünyasını dəyişdi. Həyat yoldaşına balıq ovuna gedəcəyini demişdi. Mərhum Əməkdar artist Cabir İmanovla birlikdə balıq tutmağa gedirdilər".

Almaz Ələsgərova deyib ki, qardaşı iki gün ərzində evə dönməyib və üçüncü gün ailə üzvləri narahat olmağa başlayıblar:

"Yoldaşı zəng edib dedi ki, artıq üçüncü gündür xəbər yoxdur, telefonu da cavab vermir. Axtarışlara başladıq. Orada nələr baş verdiyini hələ də bilmirik. Sanki nəsə gizlədildi".

Müğənninin sözlərinə görə, qardaşının meyiti yalnız səkkiz gün sonra tapılıb:

"Dalğalar onu sahilə vurmuşdu. İdmançı idi. Əgər sinə ilə nəfəs almasaydı, yəqin ki, xilas ola bilərdi. Burunla nəfəs alsaydı, sudan çıxa bilərdi. Deyəsən, suya düşən kimi batıb".

Almaz Ələsgərova baş verənlərlə bağlı heç kimi ittiham etmədiyini də vurğulayıb.

Mənbə: https://news.milli.az/showbiz/1315302.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button