Şou Biznes Xəbərləri
“Ən yaxın rəfiqəm Aygün Kazımovadır”

Müğənni Elit Star Cəmilə səmimi etirafı ilə gündəmə gəlib.
Müğənni xatirələrini bölüşərək bildirib ki, Aygün Kazımovanın qızı İlqarəni ilk dəfə birinci sinfə məhz onlar birlikdə aparıblar. Bu anın onun üçün xüsusi olduğunu deyən Cəmilə Aygünə ən böyük arzusunu da dilə gətirib:
"Aygünə hər zaman deyirəm ki, ən böyük arzum onun toyunu görməkdir. Ona qayınana, nənə olmağı arzulayıram".
Hazırda da münasibətlərinin davam etdiyini vurğulayan Elit Star Cəmilə bildirib ki, Aygün Kazımova ilə indi də danışırlar.
Müğənninin bu səmimi etirafı sosial şəbəkələrdə maraqla qarşılanıb.
Mənbə: https://news.milli.az/showbiz/1314184.html







