Ərəb Parlamentinin Prezidenti Fəxri Xiyaban Və Zəfər Parkında - Fotolar » DaylyAz
Politika

Ərəb Parlamentinin prezidenti Fəxri xiyaban və Zəfər parkında – Fotolar

Ölkəmizdə rəsmi səfərdə olan Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyəti bu gün Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə əklil qoyub.

Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.

Mənbə: https://qafqazinfo.az/news/detail/ereb-parlamentinin-prezidenti-fexri-xiyaban-ve-zefer-parkinda-fotolar-498520

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button