Kriminal
Ər-arvad dəm qazından zəhərləndi – Biri öldü

Bakıda ər-arvad dəm qazından zəhərlənib.
“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gecə Sabunçu rayonu Nardaran qəsəbəsində baş verib.
1962-ci il təvəllüdlü Rəşad Əliyev və həyat yoldaşı 1968-ci il təvəllüdlü Dilarə Əliyeva evdə qazdan zəhərləniblər.
R.Əliyev hadisə yerində ölüb. D.Əliyeva isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Araşdırmalar aparılır.
Mənbə: https://qafqazinfo.az/news/detail/er-arvad-dem-qazindan-zeherlendi-biri-oldu-498610







