Idman Xəbərləri 206
“Fənərbaxça” onu transfer etdi

“Fənərbaxça” qış transfer pəncərəsində ilk transferini gerçəkləşdirib.
“Qafqazinfo” xəbər verir ki, İstanbul nəhəngi “Samsunspor”un niderlandlı futbolçusu Entoni Musaba ilə 4,5 illik müqaviləyə imza atıb.
Bu transfer “Fənərbaxça”ya 5 milyon avroya başa gəlib.
Qeyd edək ki, 25 yaşlı vinger bu mövsüm “Samsunspor”la çıxdığı 22 rəsmi matçda 6 qol və 4 asistlə yadda qalıb.
Mənbə: https://qafqazinfo.az/news/detail/fenerbaxca-onu-transfer-etdi-494264








