Fəzail Ağamalının Dəfn Yeri Məlum Oldu - Yenilənib » DaylyAz
Politika

Fəzail Ağamalının dəfn yeri məlum oldu – Yenilənib

Dünən Türkiyədə vəfat edən sabiq deputat Fəzail Ağamalı ilə vida mərasimi keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə mərhumun qızı, millət vəkili Günay Ağamalı paylaşım edib.

O bildirib ki, vida mərasimi bu gün saat 12:00-da Heydər məscidində keçiriləcək.

Dəfndən sonra Heydər məscidində hüzr mərasimi təşkil olunacaq.

Mərhumun 3-7 mərasimi isə 12 fevral saat 11:00-15:00 aralığında Heydər məscidində keçiriləcək.

Mərhumun oğlu Elçin Ağamalının saytımıza verdiyi məlumata görə, F.Ağamalı Ramana qəbiristanlığında (Gülçülük savxozu adlanan ərazidə yerləşən) dəfn olunacaq.

Mənbə: https://qafqazinfo.az/news/detail/fezail-agamalinin-defn-yeri-melum-oldu-yenilenib-498308

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button