Fatih Ürek Reanimasiyada Olanda Ailəsinin Evini Talan Etdiyə Görə Qəti Ittihamlar Gündəmdədir » DaylyAz
Şou Biznes Xəbərləri

Fatih Ürek reanimasiyada olanda ailəsinin evini talan etdiyə görə qəti ittihamlar gündəmdədir

Türkiyəli sənətçi və rejjissor Fatih Ürekin vəfatından sonra ailəsinə qarşı irəli sürülən ciddi ittihamlar diqqət mərkəzinə düşüb.

107 gün reanimasiyada olub və 59 yaşında vəfat edən Fatih Ürek bazar günü torpağa tapşırılıb. Onun ölümündən dərhal sonra ailə üzvləri ilə əlaqədar ittihamlar xəbərlər səhifələrində geniş müzakirələrə səbəb olub.

"Gəlin danışaq" verilişində çıxış edən Nur Tuğba Namlı bildirib ki, Fatih Ürek vəfat edənə qədər həyatı uğrunda mübarizə apararkən evlərindən qiymətli əşyalar götürülüb. Aparıcı iddialarını etibarli mənbəyə əsaslandırdığını vurğulayaraq, əks halda bu mövzunu müzakirəyə gətirməyəcəyini deyib.

Namlının sözlərinə görə, sənətçiyə məxsus qiymətli əşyalar talan etmişlər. O, həmçinin Fatih Ürek hələ sağ olan vaxtda İstanbul və Bodrumdakı evlərində oğurluq hadisələrinin baş verdiyini iddia edib.

Qeyd edək ki, Fatih Ürekin ailə üzvləri hələlik ittihamlar şəklində edilən iddia ilə bağlı rəsmi açıqlama verməyiblər.

Mənbə: https://news.milli.az/showbiz/1314535.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button