“Gecə 2-də klubda oxuyuram, orada Xalq artistlərini də GÖRMÜŞƏM”

Müğənni Günel Ələkbərova verilişində gecə klublarında çıxış edən həmkarları ilə bağlı səmimi və cəsarətli açıqlama verib. Günel qeyd edib ki, gecə klublarında çıxış etmək sənətkarın keyfiyyətini aşağı salmır:
” Gecə klubunda oxuyan müğənnilərdən biri mənəm. Orada gecə 1-2-də Xalq və əməkdar artistləri də görmüşəm. Oradakı dinləyicilər yadplanetli deyil. Sənətkarlara tələbat var, dəvət edirlər, onlar da çıxış edir. Nəyi pisdir ki? Həmin məkanlarda Nisə Qasımova, Nazpəri Dostəliyeva və Təranə-Musa cütlüyü çıxış edib, mən də görmüşəm.”
O əlavə edib ki, gecə klubu yalnız ifa üçün məkan rolunu oynayır və bu, tənqid olunacaq səbəb deyil:
” Kimin ağlında gecə klubu ilə nə tramvası var bilmirəm. Oradada ifa etmək üçün məkandır.”
Günel Ələkbərovanın bu açıqlaması sosial şəbəkədə izləyicilər arasında müzakirələrə səbəb olub. İzləyicilər həmkarların gecə klublarında çıxış etməsinə müxtəlif yanaşıblar.
Mənbə: https://news.milli.az/showbiz/1316639.html







