General Yüksək Vəzifəyə Təyin Edildi » DaylyAz
Politika

General yüksək vəzifəyə təyin edildi

Dövlət Sərhəd Xidmətində (DSX) daha bir generala yüksək vəzifə verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq Əmr imzalanıb.

Əmrə əsasən, general-mayor Aqil Babayev Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında Baş İdarə rəisi təyin edilib. 

Qeyd edək ki, A.Babayev DSX Akademiyasının rəisi, Sərhəd Qoşunları Komandanlığının qərargah rəisi vəzifələrində çalışıb. İki ay əvvəl “İgidliyə görə”, daha əvvəl isə “Vətən uğrunda” medalları ilə təltif edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl DSX-də yüksək vəzifələrə təyinatlar olub. General-mayor Azad Abdullayev DSX-nin Sərhəd Qoşunları Komandanlığının qərargah rəisi təyin edilib.

Mənbə: https://qafqazinfo.az/news/detail/general-yuksek-vezifeye-teyin-edildi-497706

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button