Hər Halda Heç-heçə Qeyri-mümkün » DaylyAz
Idman Xəbərləri 206

Hər halda heç-heçə qeyri-mümkün

Yaponiyada futbol üzrə eksperimental dəyişikliklər tətbiq olunmağa başladı. “Qafqazinfo” “Yeni Şafak”a istinadən xəbər verir ki, Yaponiya Liqası (J.League) tarixində ilk dəfə olaraq oyunlarda heç-heçə nəticəsini ləğv edib.

Bu yenilik fevralın əvvəlində start götürən və “J1 100 Year Vision League” adlanan xüsusi keçid turniri çərçivəsində reallaşır.

Yeni qaydalara əsasən, matçın 90 dəqiqəsi bərabərə bitərsə, qalibi müəyyən etmək üçün dərhal penaltilər seriyasına müraciət olunur. Xalların böhüşdürülməsi isə aşağıdakı sistemlə həyata keçirilir: 90 dəqiqə ərzində qazanılan qələbəyə görə 3 xal, penaltilər seriyasına görə qələbəyə görə 2 xal, penaltilər seriyasında məğlubiyyətə görə 1 xal, əsas vaxtda məğlubiyyətə görə isə 0 xal verilir

Qeyd edək ki, tam formatlı yeni mövsüm 2026-cı ilin avqustunda başlayacaq və həmin vaxtdan etibarən ənənəvi xal sisteminə qayıdılması planlaşdırılır.

Mənbə: https://qafqazinfo.az/news/detail/artiq-hec-hece-olmayacaq-498587

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button