Hüquqi məqsədləri olan şəxslər evi soydu, sonra yandırdı

“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Lənkəran rayonunun Göyşaban kəndindəki yaşayış evlərindən birindən 3000 manat dəyərində məişət əşyalarının oğurlanması, daha sonra həmin ünvanda yanğın baş verməsi barədə polisə müraciət daxil olub.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 37 yaşlı Elçin Quliyev saxlanılıb. Onun hadisədən sonra izi itirmək məqsədilə evdə yanğın törətdiyi də müəyyən edilib.
Bu şəxsdən əlavə, 33 yaşlı İsmayıl Yüzbaşılı və 63 yaşlı Zakir Cəfərov da müəyyən edilərək saxlanılıb. Onlardan qanunsuz narkotik maddələr aşkarlanaraq götürülmüşdür.
Faktlarla bağlı araşdırmalar aparılır.
Mənbə: https://qafqazinfo.az/news/detail/evvel-evi-soydu-sonra-yandirdi-495759







