İngilis Azarkeşlər Bakıda Bilet Almaq üçün Növbə Yaratdı - Fotolar » DaylyAz
Idman Xəbərləri 206

İngilis azarkeşlər Bakıda bilet almaq üçün növbə yaratdı – Fotolar

Səhər saatlarından etibarən Çempionlar Liqası çərçivəsində “Qarabağ”la qarşılaşma üçün Bakıya gələn “Nyukasl” azarkeşləri bilet əldə etmək üçün Neftçilər prospektində növbəyə dayanıblar.

“Qafqazinfo” Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə fotolar sosial şəbəkələrdə yer alıb.

Xatırladaq ki, “Qarabağ”la oyunu təxminən 2 min ingilis azarkeşin izləyəcəyi gözlənilir.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.

Mənbə: https://qafqazinfo.az/news/detail/ingilis-azarkesler-bakida-bilet-almaq-ucun-novbe-yaratdi-fotolar-499309

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button