Jalə Əhmədova ASF-nin Vitse-prezidenti Seçildi - Fotolar » DaylyAz
Idman Xəbərləri 206

Jalə Əhmədova ASF-nin vitse-prezidenti seçildi – Fotolar

Azərbaycan Üzgüçülük Federasiyasının Ümumi Yığıncağı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Ümumi Yığıncaqda yeni nizamnamə qəbul olunub və daha bir vitse-prezident seçilib.

Məlumata görə, ümumi Yığıncaqda qonaq qismində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, ASF-nin prezidenti Zaur Əliyev, federasiyanın vitse-prezidentləri Xaliq İldırımzadə və Dəyanət Sədullayev, İcraiyyə Komitəsinin və Federasiyanın üzvləri, eləcə də digər rəsmi şəxslər iştirak edib.

ASF-nin baş katibi Oqtay Atayev gündəlikdə duran məsələlər, federasiyanın 2025-ci il ərzində fəaliyyəti, görülmüş işlər və xərclər barəsində hesabatını təqdim edib. Daha sonra səsvermə yolu ilə federasiyanın yeni Nizamnaməsi, eləcə də Nəzarət-Təftiş Komissiyasının Əsasnaməsi qəbul olunub. Həmçinin federasiyada vitse-prezident seçkiləri baş tutub və Jalə Əhmədova ASF-nin vitse-prezidenti seçilib.

Qeyd edək ki, hazırda federasiyanın 4 vitse-prezidenti var – Xaliq İldırımzadə, Dəyanət Sədullayev, Ümid Abuzərli və Jalə Əhmədova. İcraiyyə Komitəsində Eldar Abbasov, Ruslan Ələkbərov, Şamil Əbdürrəhmanov, Azər Babayev və Mark Koqanov təmsil olunublar.

Mənbə: https://qafqazinfo.az/news/detail/jale-ehmedova-asf-nin-vitse-prezidenti-secildi-fotolar-496505

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button