Kərim Vəliyevin özəl Günü » DaylyAz
Politika

Kərim Vəliyevin özəl günü

Azərbaycan Ordusunun Baş Qərargah rəisi-Müdafiə nazirinin birinci müavini general-polkovnik Kərim Vəliyev üçün özəl gündür.

“Qafqazinfo” xəbər verir ki, bu gün general-polkovnikin 65 yaşı tamam olur.

Məlumat üçün söyləyə bilərik ki, Kərim Vəliyev 9 fevral 1961-ci ildə Bakıda anadan olub. O, 1982-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib, 1990-cı ildən isə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb.

1982–1990-cı illərdə SSRİ Silahlı Qüvvələrində müxtəlif rəhbər vəzifələrdə xidmət edən K.Vəliyev 1992-ci ildən Azərbaycan Silahlı Qüvvələrində briqada komandiri, hərbi birlik komandiri, müdafiə nazirinin müavini və digər mühüm vəzifələrdə çalışıb. Onun əsnar xidmət mərhələlərindən biri 1990-cı illərdə Azərbaycanın müdafiə güclərinin yenidən qurulması və təkmilləşdirilməsində aktiv iştirakıdır.

Prezidentin Sərəncamı ilə K.Vəliyev 2021-ci ilin iyulunda müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.

General polkovnik Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında fəal iştirak edib. 44 günlük Vətən müharibəsində onun hərbi planlaşdırma və komandanlıq fəaliyyəti xüsusi ilə fərqlənib. Bunun nəticəsində Azərbaycan ordusu bir çox istiqamətlərdə mühüm uğurlar əldə edib.

Xidməti dövründə o, “Azərbaycan Bayrağı”, “Zəfər” və “Qarabağ” ordenləri, eləcə də bir çox medallarla təltif olunub.

Kərim Vəliyev həmçinin Xankəndi və Bakıda keçirilən hərbi paradlarda Azərbaycan Ordusuna peşəkar komandanlıq etməklə Silahlı Qüvvələrin döyüş hazırlığını və müasir imkanlarını nümayiş etdirib.

General evlidir, iki övladı var.

Mənbə: https://qafqazinfo.az/news/detail/kerim-veliyev-ucun-ozel-gun-fotolar-498220

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button