Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində yerləşən bir maqazanın ödəmə terminalından pul və tütün məmulatlarının o ğurlanması və müşahidə kameralarını yaddaş qurğusunun sındırılması haqqında polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”ya verdiyi məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini təqsirli bilinən Nahid Süleymanov saxlanılıb. Onun analoji əməli Bərdə rayonunda yerləşən mağazada da törətdiyi müəyyən edilib.

Faktla bağlı Laçın Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə N. Süleymanov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Mənbə: https://qafqazinfo.az/news/detail/kameralari-sindirib-odeme-terminallarindan-ogurluq-edirmis-hebs-olundu-494971

MÜƏLLİF

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *