Karapetyan Baş Nazir Vəzifəsinə Namizəd Oldu » DaylyAz
Aktual xəbərlər

Karapetyan baş nazir vəzifəsinə namizəd oldu

“Güclü Ermənistan” partiyası ölkənin Baş naziri vəzifəsinə namizədini elan edib.

“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, iyunun 7-si keçiriləcək seçkilərdə partiyanın namizədi erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyan olacaq.

Bu barədə partiyanın təqdimatında S.Karapetyanın təşəbbüsü ilə yaradılmış “Öz yolumuzla” adlı hərəkatın koordinatoru Narek Karapetyan bəyan edib.

Qeyd edək ki, “Güclü Ermənistan”ın ötən gün keçirilmiş təsis qurultayında Samvel Karapetyan sədr seçilib. Onun təxminən 4,5 milyard dollar sərvətə malik olduğu bildirilir.

Ermənistan qanunvericiliyinə görə, ikili vətəndaşlığı olan şəxslər baş nazir vəzifəsinə seçilə bilməz.

Mənbə: https://qafqazinfo.az/news/detail/karapetyan-bas-nazir-vezifesine-namized-oldu-498649

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button