Kriminal
Keçmış həyat yoldaşını bıçaqlayanlara hökm oxunub – 14 il

“Qafqazinfo” xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən proses üzrə hökm oxunub.
Hökmə əsasən, Tural Qanbayev 14 il müddətinə azadlıqdan məhrum edilib.
Ailə-məişət münaqişəsindən sonra baş verən mübahisə zamanı 11 bıçaq zərbəsi vurub, sonra sirkə turşusu içərək intihara cəhd edən Tural Qanbayevə qarşı iş aparılıb. Lamiyə Qanbayeva “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşıdır.
Ona Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Haddisə ötən il oktyabr ayında Şirvan şəhərində baş verib.
Mənbə: https://qafqazinfo.az/news/detail/lamiyeni-bicaqlayan-kecmis-erine-hokm-oxundu-14-il-498806







