Idman Xəbərləri 206
Kenan “Yuventus”la müqaviləsini 2030-cü ilə qədər uzatdı

İtaliyanın “Yuventus” klubu Türkiyənin milli futbolçusu Kenan Yıldızla 2030-cü ilə qədər müqaviləni uzadıb. Bu barədə klub məlumat yayıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqqında klub məlumat yayıb.
Klubun açıqlamasında deyilir: “Bizim hekayəmiz davam edir. Gələcək ağ-qaradır. Kenan Yıldız 2030-cü ilə qədər.”
Qeyd edək ki, Kenan Yıldız bu mövsüm Torino komandasının heyətində 31 oyun keçirib. Gənc futbolçu 9 qol vurub, 7 məhsuldar ötürmə edib. Bundan əlavə, onun performansı ona avqust, noyabr və dekabr aylarında “Yuventus”un “Ayın futbolçusu” mükafatını qazandırıb.
Mənbə: https://qafqazinfo.az/news/detail/kenan-yuventusla-muqavilesini-uzatdi-498107








