Klinikanın Sahibinin Qətl Törədən Oğlunun Cəzası Yüngülləşdirilib » DaylyAz
Kriminal

Klinikanın sahibinin qətl törədən oğlunun cəzası yüngülləşdirilib

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimli nın cəzası yüngülləşdirilib.

“Qafqazinfo” nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9 il müddətinə azadlıqdan məhrum edilən Həsən Rahimli məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.

Yerli məhkəmə qərar qəbul edərək məhkuma təyin edilmiş cəzanın 3/2 hissəsinin çəkilməsini, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığın əldə olunmasını nəzərə alıb. Bu əsaslarla, cəzaçəkmə müəssisəsinin təqdimatı təmin edilib.

Məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanılan məhkumların müəyyən günlərdə müəssisədən kənara çıxmaq hüquqları var. Şərtlərə əməl edildiyi halda isə məhkum faktiki olaraq vaxtının böyük hissəsini müəssisədən kənarda keçirə bilir.

Qeyd edək ki, Həsən Rahimli, 2020-ci ildə özünün müdir müavini olduğu atasına məxsus klinikada cinayət törədib. O, klinikanın 58 yaşlı gözetçisi Muraz Əliyevi döyərək öldürüb. Hadisədən sonra cinayəti ört-basdır etmək məqsədilə ölümün infarkt nəticəsində baş verdiyi bildirilib. Lakin polis və prokurorluğun birgə araşdırması nəticəsində cinayətin üstü açılıb.

Yekun qərarla H.Rəhimli 6 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda onun 3 il çəkilməmiş cəzası qalıb.

Mənbə: https://qafqazinfo.az/news/detail/klinika-sahibinin-qetl-toreden-oglu-bezi-gunlerini-azadliqda-kecirecek-498225

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button