Koxalski “Qarabağ”dan Getmək Istəyirmiş - “Buraxmadılar” » DaylyAz
Idman Xəbərləri 206

Koxalski “Qarabağ”dan getmək istəyirmiş – “Buraxmadılar”

“Qarabağ”ın qapıçısı Mateus Koxalski qış “transfer pəncərəsi”ndə komandadan ayrılmaq istəyirmiş.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qolkiper özü Polşa mətbuatına müsahibəsində məlumat verib. 

O bildirib ki, Polşanın “Vidzev” (Lodz) klubundan gələn təklifi dəyərləndirmək niyyətində olub: 

“Vidzev”dən təklif var idi və mən onlara razılıq vermişdim. Bakı idman baxımından yaxşıdır, amma ailəmdən uzaq olmaq psixoloji cəhətdən çətindir. Ailə mənim üçün hər şeydən önəmlidir. ÇL-dən imtina edib Ekstraklasaya qayıtmağa hazır idim. Bunu psixoloji sağlamlığım üçün edəcəkdim. Amma “Qarabağ” buraxmadı. Mənim komandada vacib rolum var deyə saxladılar”.

Mənbə: https://qafqazinfo.az/news/detail/koxalski-qarabagdan-getmek-isteyirmis-buraxmadilar-498551

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button