Kriştiano Ronaldo Qayıdışını Qolla Qeyd Etdi » DaylyAz
Idman Xəbərləri 206

Kriştiano Ronaldo qayıdışını qolla qeyd etdi

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduz futbolçusu Kriştiano Ronaldo 3 oyunluq fasilədən sonra heyətə qayıdıb.

“Qafqazinfo” xəbər verir ki, portuqaliyalı hücumçu Pro Liqa çempionatının 22-ci turu çərçivəsində bu gün keçirilən “Əl-Fateh” ilə matçın start heyətində yer alıb.

Ronaldo oyunda fərqlənərək komandasının qollarından birini vurub və qayıdışını qolla qeyd edib. Bu, ulduz futbolçunun karyerasındakı 962-ci qol olub.

Qeyd edək ki, oyun “Əl-Nəsr”in 2:0 qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, 39 yaşlı futbolçu komandasının son 3 oyununda (2-si çempionat, 1-i Asiya Çempionlar Liqası) meydana çıxmamışdı. Ronaldo bu addımı Səudiyyə Ərəbistanı Suveren Fondunun siyasətinə və klub işçilərinin maaşlarının gecikdirilməsinə etiraz olaraq atmış və oyunları boykot etmişdi.

Mənbə: https://qafqazinfo.az/news/detail/qayidisini-qolla-qeyd-etdi-498939

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button