Idman Xəbərləri 206
Lionel Messinin gəlişi ilə birlikdə komandasının maliyyə göstəriciləri böyüdü

Məşhur Argentinalı futbolçu Lionel Messinin 2023-cü ilin yayında ABŞ-nin “İnter Mayami” komandasına keçməsindən sonra klubun maliyyə göstəriciləri xeyli artıb.
“Qafqazinfo” “Forbes”a istinadən xəbər verir ki, 2022-ci ildə klubun gəliri 56 milyon dollara bərabər idi, lakin ötən mövsüm bu rəqəm 200 milyon dollara qədər yüksəlib.
“Forbes” analitiklərinin 2026-cı il üçün yenilənmiş qiymətləndirməsinə görə, “İnter Mayami”nin hazırkı bazar dəyəri 1,35 milyard dollar təşkil edir. Bu göstərici ilə klub “Los-Anceles” (LAFC) komandasını geridə qoyaraq rəsmən MLS-in ən bahalı komandası statusuna sahib olub.
Mənbə: https://qafqazinfo.az/news/detail/messinin-gelisinden-sonra-gelirlerini-artirdilar-499114








