"Liverpul" "Qarabağ"la Qarşılaşmadan əvvəl Ciddi Itkilərə Qarşı » DaylyAz
Idman Xəbərləri 206

“Liverpul” “Qarabağ”la qarşılaşmadan əvvəl ciddi itkilərə qarşı

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin son turunda “Qarabağ”la qarşılaşacaq “Liverpul”un heyətində ciddi itkilər var.

“Qafqazinfo” Britaniya mətbuatına istinadən xəbər verir ki, bu mövsüm işləri yolunda getməyən Mersisayd təmsilçisi heyət baxımından da problemlərlə üzləşib.

İngiltərə Premyer Liqasında məğlub olan Arne Slotun kollektivi bu azmış kimi, daha bir oyunçusunu itirib. Belə ki, müdafiəçi Co Qomes 34-cü dəqiqədə zədələnərək əvəzlənib. Onunla yanaşı, müdafiəçilər İbrahima Konate, Konor Bredli, həmçinin hücumçular Aleksander İsak və Federiko Kyeza da zədədən əziyyət çəkirlər və onların da “Qarabağ”la matçı buraxılması gözlənilir.

Qeyd edək ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 29-u saat 00:00-da “Enfild Roud”da keçiriləcək.

Mənbə: https://qafqazinfo.az/news/detail/qarabagla-oyunoncesi-liverpulda-ciddi-itkiler-496656

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button