“Qafqazinfo” xəbər verir ki, İstanbulda keçirilən məhkəmə iclasında “Qalatasaray”ın müdafiəçisi Metehan Baltacı və “Fənərbaxça”nın yarımmüdafiəçisi Mert Hakan Yandaşın həbsdə saxlanılmasına qərar verilib.

Futbolçuların bu gün başa çatmalı olan həbs müddəti istintaqın davam etməsi səbəbindən uzadılıb.

Xatırladaq ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan “Futbol mərc oyunları araşdırması” çərçivəsində Metehan Baltacının öz klubunun oyunlarına mərc etdiyi, Mert Hakan Yandaşın isə üçüncü şəxslər vasitəsilə mərc oyunlarında iştirak etdiyi iddia olunur.

Mənbə: https://qafqazinfo.az/news/detail/mehkeme-onlari-hebsde-saxladi-494517

MÜƏLLİF

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *