Müğənni Ofeliya Sabanovanın efirdə səsləndirdiyi açıqlamalar diqqət çəkib və müzakirələrə səbəb olub.

Müğənninin sözlərinə görə, ustad sənətkarlar onu toylarda gördükdə gələcəkdə fəxri adlar alacağını söyləyiblər:

"Ustadlar deyirlər ki, sən Əməkdar, hətta Xalq artisti adını alacaqsan. Aparıcılar deyəndə ki, səsi və  özü gözəl, mənim ətim ürpəşir. Mən gözəl deyiləm, gözəl ayrı cür olur. Əgər ürəyiniz varsa, yaxşı sənəti olan Ofeliya təqdim edin. Bunu bəzi sənətkarlardan gözləmirəm, çünki buna böyük ürək lazımdır".

Ofeliya Sabanovanın bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələr yaradıb.

Mənbə: https://news.milli.az/showbiz/1313288.html

MÜƏLLİF

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *