Almaniyanın “Kayzerslautern” klubunda çıxış edən Azərbaycan yığmasının üzvü Mahir Emreli zədəsini sağaldıb.
“Qafqazinfo” xəbər verir ki, o, komanda ilə tam məşqlərə qoşulub.
Millimizin forvardı Bundesliqanın 22-ci turunun “Qroyter”ə qarşı keçiriləcək matçında meydanda ola bilər.
Komandanın baş məşqçisi Torsten Liberkneht alman mətbuatına açıqlamasında Emreli barədə bunları deyib: “Görünür, o, tədricən daha çox şey edə bilər”.
Mənbə: https://qafqazinfo.az/news/detail/mahir-emreli-uzun-fasileden-sonra-meydana-cixa-biler-498861
0 Comments