Kriminal
Meşədən 43 yaşındakı adamın meyiti tapıldı

Şabran rayonunda meyit tapılıb.
“Azərbaycan”ın əldə etdiyi məlumata görə, hadisə fevralın 12-si saat 20 radələrində Zeyvə kəndi yaxınlığındakı meşə zolağında qeydə alınıb.
Kənd sakininin 1983-cü il vətəndaşı Nəsimi Mahmudovun meyiti həmin ərazidə aşkar edilib.
Hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verdiyi rayon prokurorluğunda araşdırılır.
Mənbə: https://qafqazinfo.az/news/detail/meseden-43-yasli-kisinin-meyiti-tapildi-498878







