Mirzoyan AŞPA Prezidenti Ilə Azərbaycanla Sülhdən Danışdı » DaylyAz
Aktual xəbərlər

Mirzoyan AŞPA prezidenti ilə Azərbaycanla sülhdən danışdı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Strasburqa işgüzar səfəri çərçivəsində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni seçilmiş prezidenti Petra Bayr ilə görüşüb.

“Qafqazinfo” “Armenpress”ə istinadən xəbər verir ki, görüşdə regional təhlükəsizlik və sülh prosesi müzakirə mövzularından biri olub.

A. Mirzoyan 8 avqust razılaşmaları nəticəsində Ermənistan və Azərbaycan arasında əldə olunmuş irəliləyişlərdən danışaraq, sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımları təqdim edib.

Tərəflər həmçinin parlamentlərarası əməkdaşlığın vacibliyini və humanitar xarakterli məsələlərin həlli yollarını nəzərdən keçiriblər. Nazir AŞPA-nın Ermənistan üçün prioritet təşkil edən məsələlərdə göstərdiyi ardıcıl dəstəyə görə minnətdarlığını ifadə edib.

Mənbə: https://qafqazinfo.az/news/detail/mirzoyan-aspa-prezidenti-ile-azerbaycanla-sulhden-danisdi-496876

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button