Moskvaya Uçuş Yenidən Təxirə Salındı – Xatirə İslam 11 Saat Hava Limanında Qaldı » DaylyAz
Şou Biznes Xəbərləri

Moskvaya uçuş yenidən təxirə salındı – Xatirə İslam 11 saat hava limanında qaldı

Müğənni Xatirə İslam Moskvaya uçmaq üçün Bakıda hava limanında uzun müddət gözləməli olub. Sənətçi bildirdi ki, uçuşun yenidən təxirə salınması onu çətin vəziyyətə qoyub.

"Artıq 11 saatdır hava limanındayam. Başda dedim, əgər bir saata uçuş açılmazsa, evə qayıdacam. Amma bu saatadək gözlədim. Ayaqlarım şişib, yorğunam. Yatsam yəqin yuxuma da girməzdi ki, 11 saat təyyarənin gecikməsini gözləyəcəyəm."

Müğənni əlavə etdi ki, Moskva hava şəraiti səbəbindən bir çox uçuşlar təxirə salınıb və ya gecikib. Ona bildirilib ki, onun uçuşu axşam saat 20:00-da baş tutacaq. Xatirə İslam isə izləyicilərinə sonda "Allah özü salamatçılıq etsin" sözlərini deyib.

Mənbə: https://news.milli.az/showbiz/1310734.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button