“Mövlanənin qızı mərasimdə dedikləri ilə bağlı: “Pis niyyətli şərhlər Allaha həvalə edirik” – Xalq artistdən ittihamlara cavab

Xalq artisti Fərqanə Qasımova məşhur müəllim Mövlanə xanimin toy mərasimində söylədiyi fikirlərlə bağlı daha bir açıqlama verib.
"Biz pis niyyətli və hörmətsiz şərhləri Allaha həvalə edirik. Allah ən gözəl vəkildir. İnsan başqası haqqında nə yazırsa, əslində öz iç dünyasının aynasını göstərir.
Mövlanə orada pis heç nə deməyib. Sadəcə fikrini ifadə edib və bu, onun xarakterinə xas olan bir üslubdur. Kürəkənim də onu belə sevir, belə görüb. Kimsə bunu qəsdən fərqli yoxursa, bu artıq bizim məsuliyyətimiz deyil.
Hər söz hər kəsə yaraşmaya bilər, amma bu, sözün yox, anlayanın səviyyəsidir. Hər kəsin öz həyatında kifayət qədər problemi var. Başqasının həyatını müzakirə etməkdənsə, gedib öz problemlərini həll etsələr, daha faydalı olar", – deyə Fərqanə Qasımova bildirib.
Mənbə: https://news.milli.az/showbiz/1312880.html







