Nəsimi Rayonunun Yeni Icra Başçısı Kimdir? » DaylyAz
Politika

Nəsimi rayonunun yeni icra başçısı kimdir?

Məlumat verdiyimiz kimi, Prezidentin Sərəncamı ilə Tahir Budaqov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

“Qafqazinfo” yeni icra başçısının dosyesini təqdim edir:

Tahir Yaqub oğlu Budaqov 1965-ci il yanvarın 1-də Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

O, 1999-2006-cı illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə isə Azərbaycan Prezidenti Administrasiyasında şöbə müdirinin müavini vəzifələrində çalışıb.

T.Budaqov 2009-2015-ci illərdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı olub.

2015-ci ildən bu günə qədər Dövlət Statistika Komitəsinin sədri vəzifəsini icra edirdi.

O, eyni zamanda 2021-ci ildən Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəridir.

Evlidir, 3 övladı var.

Mənbə: https://qafqazinfo.az/news/detail/nesimi-rayonunun-yeni-icra-bascisi-kimdir-498246

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button