Nəsimidə 3 kiloqramdan artıq narkotik aşkarlandı – Videolar

Mərkəzi bölgədə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam edir.
Qafqazinfo xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı iş zamanı əvvəllər məhkum olunmuş 48 yaşlı Rizvan Fərəcov saxlanılıb.
Ondan 2 kiloqram 430 qram marixuana və 1 kiloqram 117 qram heroin (cəmi 3 kq 547 qr) aşkarlanıb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işləri başlanılıb. R.Fərəcov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əng yuxarı səhifədə növbəti məlumatı görmək istirsəniz, buraya keçin.
Mənbə: https://qafqazinfo.az/news/detail/nesimide-3-kiloqramdan-artiq-narkotik-askarlandi-video-498088







