“Neftçi”nin Əbu-Dabi toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama oyununun vaxtı və yeri müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, yanvarın 13-ü həm yerli, həm də Bakı vaxtı ilə saat 18:00-da start götürəcək “Piramids”lə (Misir) görüş “Məhəmməd bin Zayed” stadionunda baş tutacaq.

Qeyd edək ki, ilk sınaq matçında “Kayrat”a 3:0 hesabı ilə qalib gələn “Neftçi” yanvarın 16-da keçiriləcək sonuncu oyununda Çinin “Çenqdu Ronqçenq” klubu ilə üz-üzə gələcək.

Mənbə: https://qafqazinfo.az/news/detail/neftci-misir-klubu-ile-qarsilasacaq-495147

MÜƏLLİF

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *