Idman Xəbərləri 206
“Neftçi” səfərdə “Şamaxı” ilə heç-heçə etdi – Video

Misli Premyer Liqasında XXII turun növbəti qarşılaşması baş tutub.
“Qafqazinfo” xəbər verir ki, turun maraqla gözlənilən oyunlarından birində “Neftçi” səfərdə “Şamaxı” ilə üz-üzə gəlib.
Gərgin keçən mübarizə 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Bu nəticədən sonra xallarını 31-ə çatdıran paytaxt klubu turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Meydan sahibi “Şamaxı” isə 26 xalla 8-ci yerdədir.
Xatırladaq ki, turun daha əvvəl keçirilmiş oyunlarında “Kəpəz” öz meydanında “Sumqayıt”ı darmadağın edib (3:0), “Zirə” isə “Araz-Naxçıvan”ı minimum hesabla (1:0) məğlub edib.
Mənbə: https://qafqazinfo.az/news/detail/neftci-seferde-samaxi-ile-hec-hece-etdi-video-500536








