Idman Xəbərləri 206
Nqolo Kante İstanbulda

“Fənərbaxça” qış transfer pəncərəsindəki heyətinə qatdığı fransalı yarımmüdafiə Nqolo Kante artıq İstanbuldadır.
“Qafqazinfo” xəbər verir ki, Kantenin daşıyan şəxsi təyyarə saat 21:30 radələrində Sabiha Gökçen Hava Limanına eniş edib.
34 yaşlı ulduz futbolçu hava limanında böyük coşqu ilə qarşılanıb.
Qeyd edək ki, “Fənərbaxça” Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubundan transfer etdiyi Kante üçün 14 milyon 400 min avro imza haqqı ödəyəcək. Futbolçunun illik maaşı isə növbəti mövsümlərdə 11 milyon avro təşkil edəcək.
Xatırladaq ki, Kante “Fənərbaxça”nın bu qış heyətinə qatdığı 5-ci futbolçudur.
Mənbə: https://qafqazinfo.az/news/detail/kante-istanbulda-video-497791








