Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibəsində bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanıb-imzalanmayacağı məsələsinə aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı bununla bağlı suala cavabında deyib:

“Bilirsiniz ki, bu, bizdən asılı deyil. Bizim mövqeyimiz artıq uzun illər ərzində Ermənistan tərəfinə çatdırılıb. Ermənistanın Konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik. Amma buna baxmayaraq, mən hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib”.

Mənbə: https://qafqazinfo.az/news/detail/o-hadisenin-ertesi-gunu-sulh-muqavilesini-imzalaya-bilerik-ilham-eliyev-498823

MÜƏLLİF

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *