Oğurluq Edib Kameranı Sındıranlar Digər Kameraya Düşdü - Video » DaylyAz
Kriminal

Oğurluq edib kameranı sındıranlar digər kameraya düşdü – Video

Binəqədi rayonu ərazisində naməlum şəxslər iki evə daxil olaraq oğurluq ediblər və zərərçəkənlərə ümumilikdə 8500 manat maddi ziyan vurulub.

“Qafqazinfo” xəbər verir ki, Binəqədi RPİ-nin 43-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı Elməddin Nəcəfli, 24 yaşlı Muğan Əsədov və 27 yaşlı Ayxan Quliyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma zamanı onların əməllərini ört-basdır etmək üçün oğurluq etdikləri evlərin təhlükəsizlik kameralarının bir neçəsini sındırdıqları məlum olub.

Araşdırmalar davam etdirilir.

Mənbə: https://qafqazinfo.az/news/detail/ogurluq-edib-kamerani-sindiranlar-diger-kameraya-dusdu-video-496997

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button