Papa Dəvət Etdi - Şeyx Vatikana Gedir » DaylyAz
Politika

Papa dəvət etdi – Şeyx Vatikana gedir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 8-də Vatikana səfərə yola düşür.

“Qafqazinfo” xəbər verir ki, bu barədə QMİ-nin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, səfər Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Roma Papası XIV Leonun şəxsi dəvəti ilə baş tutur. Şeyxülislam A. Paşazadə fevralın 9-da Pontifikin audiensiyasında olacaq.

Səfər müddətində Azərbaycandakı dini konfessiya rəhbərlərinin Vatikanın dövlət katibi Kardinal Pyetro Parolin və digər Vatikan rəsmiləri ilə ikitərəfli görüşləri nəzərdə tutulur.

Mənbə: https://qafqazinfo.az/news/detail/papa-devet-etdi-seyx-vatikana-gedir-498069

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button