Kriminal
Polis 8 avtomat, 10 tüfəng aşkarladı

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, fevralın 10-u polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı və 10 tüfəng aşkar edib.
Bundan başqa, 2 patron darağı və 221 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.
Tədbirlər davam etdirilir.
Mənbə: https://qafqazinfo.az/news/detail/polis-8-avtomat-10-tufeng-askarladi-498479







