Pünhan Piriyevin Aqşin Fateh haqqında danışdıqlarından narazıdır

Müğənni Pünhan Piriyev “Rəngarəng” verilişində meyxanaçı Aqşin Fateh haqqında səsləndirdiyi fikirlər mübahisəyə səbəb oldu.
Piriyev bildirib ki, Aqşin Fatehin onun haqqında danışdığı sözlərdən narazıdır:
“Mənim haqqımda elə danışdığına görə zəhləm gedir ondan. Dediyi sözlər elə özünə aiddir” .
O, əlavə edib ki, məsələ ilə bağlı qarşı tərəflə telefon danışığı da olub. Müğənni həmçinin Aqşin Fateh barədə müsbət fikir eşitmədiyini iddia edib və ona “getsin restoranını işlətsin” sözləri ilə irad bildirib.
Piriyev daha sərt mövqe nümayiş etdirərək bildirib ki, heç vaxt Aqşin Fatehin məkanında səhnə almayacaq: “Bir mahnı oxumağıma 10 min manat versələr də, orada oxusam, kişi deyiləm”, – deyə sözlərinə əlavə edib.
Mənbə: https://news.milli.az/showbiz/1316753.html







