“Qəbələ” qış fasiləsində ilk transferini reallaşdırıb. 

“Qafqazinfo” xəbər verir ki,  bu barədə “Qəbələ” FK məlumat yayıb.

Bildirilib ki, seneqallı mərkəz müdafiəçisi Seydina Keyta ilə 6 ay +1 illik müqavilə imzalanıb. 

Onun son klubu “Panevejis” (Litva) olub. 

Keyta buna qədər “Al Tadamon” (Küveyt), “Liepaya” (Latviya), “Mölde” (Norveç) və “Diambars” (Seneqal) komandalarının şərəfini qoruyub.

Qeyd edək ki, Keyta “Qəbələ”də 33 nömrəli formada çıxış edəcək.

Mənbə: https://qafqazinfo.az/news/detail/qebeleden-ilin-ilk-transferi-494396

MÜƏLLİF

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *