“Qarabağ” klubu dünya reytinqində doqquz pillə irəliləyib.

“Qafqazinfo” xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda öz əksini tapıb.

“Köhlən atlar” 200 xalla 60-cı sırada qərarlaşıb. Ölkənin digər təmsilçilərindən “Sabah” (96 xal) 224-cü yerdən 211-ə qalxıb. “Zirə” (63 xal) 389-cu mövqedən 418-ə, “Araz-Naxçıvan” (59 xal) 456-dan 468-ci pilləyə geriləyib.

502 klubun yer aldığı siyahıda Fransanın PSJ klubu 595 xalla liderdir.

Mənbə: https://qafqazinfo.az/news/detail/qarabag-dunya-reytinqinde-ireliledi-498468

MÜƏLLİF

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *