“Qarabağ” Məşhur Futbolçu Ilə Danışıq Aparır? » DaylyAz
Idman Xəbərləri 206

“Qarabağ” məşhur futbolçu ilə danışıq aparır?

İngiltərə millisinin sabiq futbolçusu Rahim Sterlinqin adı “Qarabağ”la hallanır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə adıçəkilən ölkənin mətbuatı məlumat yayıb. 

Bildirilib ki, “Çelsi”dən ayrıldıqdan sonra azad agent status daşıyan 31 yaşlı forvard hazırda klubsuzdur. “Qarabağ” nümayəndələri isə klubsuz olan hücumçu ilə danışıqlar üçün Londona yollanıb. 

Yazılanlara görə, “Qarabağ” Sterlinqə yarım mövsümlük müqavilə təklif edib. 

“Qarabağ” tərəfi isə oyunçu ilə maraqlanmadıqlarını açıqlayıb. 

Qeyd edək ki, Rahim Sterlinq karyerası ərzində “Liverpul”, “Mançester Siti”, “Çelsi” və “Arsenal” kimi klublarda çıxış edib. 

Mənbə: https://qafqazinfo.az/news/detail/qarabag-meshur-futbolcu-ile-danisiq-aparir-497942

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button