“Qarabağ” onun adını ÇL-in iştirak ərizəsindən çıxardı

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la qarşılaşacaq “Qarabağ” iştirak ərizəsində dəyişiklik edib.
Buna dair “Qafqazinfo”ya klubun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yarımmüdafiəçi Kris Kuakunun adı iştirak ərizəsindən çıxarılıb. Onu Kadi Borges əvəz edib.
Komandanın yeni transferi Jeremi Qnali isə iştirak ərizəsinə salınmamışdır.
“Qarabağ” siyahıya başqa heç bir futbolçunu əlavə edə bilməyəcəkdir. UEFA-nın tələbinə görə yalnız əvvəlki siyahıdakı bir futbolçunu çıxarıb digərini əlavə edə bilər.
Qeyd edək ki, “Qarabağ”la “Nyukasl” arasında ilk görüş fevralın 18-i saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-25-nə keçən gecə saat 00:00-da İngiltərədə oynanılacaq.
Mənbə: https://qafqazinfo.az/news/detail/qarabag-onun-adini-cl-in-istirak-erizesinden-cixardi-497947








