Qarabağı Könüllü Tərk Etmiş 30 Min Nəfər Ermənistan Vətəndaşlığı Alıb » DaylyAz
Aktual xəbərlər

Qarabağı könüllü tərk etmiş 30 min nəfər Ermənistan vətəndaşlığı alıb

“Azərbaycan ərazisindən könüllü köç etmiş təxminən 30 min nəfər Ermənistan vətəndaşlığı alıb”​.

“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında həmin ölkənin daxili işlər naziri Arpine Sarqsyan bildirib.

Nazirin sözlərinə görə, vətəndaşlıq almış şəxslərin böyük əksəriyyəti 2025-ci ilin ikinci yarısında müraciət edənlərdir.

“Başqa sözlə, vətəndaşlıq alma prosesi xeyli asanlaşdırılıb və sürətləndirilib. Əgər əvvəllər müvafiq platformaya gündə 40 müraciət daxil olurdusa, indi 200-ə qədər ərizə daxil olur”, – Sarqsyan deyib. 

Xatırladaq ki, 2023-cü ilin noyabrında Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı könüllü tərk edən ermənilərə ölkə vətəndaşlığının verilməsi məsələsinin mümkün qədər tez bir zamanda həll edilməsi ilə bağlı tapşırıq vermişdi.

Mənbə: https://qafqazinfo.az/news/detail/qarabagi-konullu-terk-etmis-30-min-nefer-ermenistan-vetendasligi-alib-498777

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button